İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülənlərdən 1462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər imza vərəqələrini qaytarıb.
Deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət avqustun 2-də başa çatıb.
Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-nə təyin olunub.