Xəzər Xəbər

Əli Əsədov Azərbaycanın İrandakı səfirliyində olub FOTO

Gündəm | 12:06 • 31 İyul 2024
Əli Əsədov Azərbaycanın İrandakı səfirliyində olub

Azərbaycan Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fəaliyyəti Tehranda yenidən bərpa edilən Azərbaycanın İrandakı səfirliyini ziyarət edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Bildirilib ki, Ə.Əsədov Səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və Səfirliyin heyəti ilə söhbət edib.

Qeyd edək ki, iyulun 15-də Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.

Xəbər lenti