Xəzər Xəbər

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Gündəm | 11:33 • 30 İyul 2024
Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik edib.

Xezerxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın rifahı naminə dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm". 

Xəbər lenti

Çox oxunanlar