Xəzər Xəbər

Hidayət Heydərov yarımfinalda Paris-2024/YENİLƏNİR

Gündəm | 15:30 • 29 İyul 2024
Hidayət Heydərov yarımfinalda

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Xezerxeber.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kanadalı Artur Margelidon ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.

14:30

Azərbaycan cüdoçusu Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

Xezerxeber.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Tohar Bitbulla qarşılaşıb.

İsrailli rəqibinə ipponla qalib gələn H.Heydərov növbəti raunda vəsiqə qazanıb.

Xəbər lenti