Xəzər Xəbər

Əli Əsədovdan İranın yeni təyin olunmuş Birinci vitse-prezidentinə TƏBRİK

Gündəm | 13:35 • 29 İyul 2024
Əli Əsədovdan İranın yeni təyin olunmuş Birinci vitse-prezidentinə

Azərbaycanın Baş naziri Əli Əsədov Məhəmməd Reza Arefə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir.

Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

Xəbər lenti

Çox oxunanlar