Xəzər Xəbər

Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Gündəm | 14:43 • 27 İyul 2024
Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, indiyə qədər 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Namizədliyi irəli sürülən 1255 nəfər arasında 454 nəfər 25 siyasi partiyanın nümayəndəsi var.

Ümumilikdə 516 namizədin siyasi partiya mənsubiyyəti var.

Xəbər lenti