Xəzər Xəbər

Ceyhun Bayramov Polşa səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib FOTO

Gündəm | 18:48 • 25 İyul 2024
Ceyhun Bayramov Polşa səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rafal Poborskini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən Xezerxeber.az-a verilən xəbərə görə, görüş zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.

Tərəflər ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edərək, bu xüsusda ali səviyyədə həyata keçirilən təmasların və görüşlərin dostluq, hörmət və strateji tərəfdaşlığa əsaslanan əməkdaşlığın inkişafına təkan verdiyini qeyd ediblər.

Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar, təhsil və s. sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.

Nazir Polşa səfirinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Xəbər lenti