Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında müəyyən edilib.
Xezerxeber.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Bundan əvvəl Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği 1300 (min üç yüz) manat məbləğində olub.