Xəzər Xəbər

Rusiya XİN-dən Avropa Sülh Fondunun Ermənistana 10 milyon avro ayırmasına münasibət

Gündəm | 12:59 • 24 İyul 2024
Rusiya XİN-dən Avropa Sülh Fondunun Ermənistana 10 milyon avro ayırmasına

Biz dəfələrlə qeyd etmişik ki, Aİ sülh potensialını hətta sözlərində də itirib.

Xezerxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin Ermənistana 10 milyon dollar hərbi yardım ayırması ilə bağlı xəbəri münasibət bildirərkən bunu deyib.

O qeyd edib ki, postsovet məkanını hərbi qarşıdurma zonasına çevirmək üçün hər şey edilir.

“Aİ-nin Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında öz dağıdıcı təsirini Cənubi Qafqazda yaymaq üçün aparılan geosiyasi hesablamalar dayanır. Yaxşı, kollektiv Qərb xəritədə bir qaynar nöqtəli bölgənin az olacağına necə dözə bilər!? Avropa Sülh Fondu isə sülh deyil, müharibə haqqındadır”, - o deyib.

Xəbər lenti

Çox oxunanlar