Xəzər Xəbər

Moskva Bakı və İrəvan arasında balanslaşdırılmış sazişin bağlanmasını sülhün əsası hesab edir

Gündəm | 12:52 • 24 İyul 2024
Moskva Bakı və İrəvan arasında balanslaşdırılmış sazişin bağlanmasını sülhün əsası

Rusiya Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasına hər cür töhfə verəcək və bu, Moskvanın imzaladığı sənəddə yazılıb.

Xezerxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova media üçün keçirilən ənənəvi birfinqdə deyib.

O bu dəstəyin həcmi və formalarının bütün tərəflər üçün məqbul olmasının vacib olduğunu da əlavə edib.

“Biz tərəflər üçün onlara məqbul sayılan ikitərəfli formatda danışıqlar üçün platformamızı gələcəkdə də təqdim etməyə hazırıq. Biz iki müttəfiqimiz arasında balanslaşdırılmış sazişin bağlanmasını sülhün əsası hesab edirik. Və bu sülhü region ölkələri qurmalıdır, kənardan kimsə yox", - o deyib.

Xəbər lenti

Çox oxunanlar