Xəzər Xəbər

Hikmət Hacıyev: COP29-la bağlı çox güclü dezinformasiya kampaniyası ilə üzləşmişik

Gündəm | 11:38 • 21 İyul 2024
Hikmət Hacıyev: COP29-la bağlı çox güclü dezinformasiya kampaniyası ilə üzləşmişik

Biz COP29-la bağlı çox güclü dezinformasiya kampaniyası ilə üzləşmişik.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı söyləyib.

Azərbaycanın dezinformasiyanın hədəfi olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi əlavə edib: “Lakin biz öz işimizə inanırıq və mübarizəmizi davam etdiririk. Biz bununla da qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə öz töhfəmizi vermiş oluruq. Gündəliyə əsasən işimizi həyata keçiririk. Biz ədalətli mövqeyimizə ədalətli dəstəyi də görürük”.

Xəbər lenti

Çox oxunanlar