Azərbaycanda sentyabrın 1-nə təyin olunan Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etmək istəyən iddialılar zəruri prosedurların icrasına başlayıblar.
Xezerxeber.az-ın məlumatına görə, VI çağırış Milli Məclisin bitərəf statuslu deputatlarından bəziləri artıq 1 sentyabr seçkilərində iştirakla bağlı qərar qəbul edib.
Parlamentdəki bitərəf deputatlar korpusunun təmsilçisi olan Sahib Alıyev növbədənkənar seçkilərdə namizədliyini irəli sürdüyünü bildirib:
“Sənədlərimi 93 saylı Ağdaş seçki dairəsinə təqdim edərək imza vərəqələrini götürmüşəm. Mümkün olan qısa müddət ərzində tələb olunan sayda seçici imzaları toplanıb komissiyaya təqdim edib. Milli Məclisin digər bitərəfləri - Könül Nurullayeva (24 saylı Nizami birinci),
Əminə Ağazadə (62 saylı Kürdəmir)
və Jalə Əliyeva (95 saylı Zərdab-Kürdəmir-Ucar)
da 1 sentyabr seçkilərinə qatıldıqlarını, sənədlərini artıq müvafiq Dairə seçki komissiyalarına təqdim etdiklərini bildiriblər.