Xəzər Xəbər

Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir Hikmət Hacıyev

Gündəm | 12:57 • 20 İyul 2024
Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir

Şuşanın təbiəti 30 illik ayrılıq və ağrı-acıdan sonra əsl sakinlərinin öz evlərinə qayıtmasına sevinir.

Xezerxeber.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

“Şuşa şəhərindən olan keçmiş məcburi köçkünlər üçün yeni salınmış yaşayış massivində sakit və xoşbəxt şənbə səhəri. Uşaqlar əylənir, qocalar nərd oynayır, mühəndislər tikintini davam etdirirlər. Quşlar cingildəyir, arada yüngül yağış yağır. Sanki təbiət də 30 illik ayrılıqdan sonra əsl sakinlərinin öz evlərinə qayıtmasına sevinir”, - paylaşımda deyilir.

Xəbər lenti

Çox oxunanlar