Xəzər Xəbər

İndiyədək 4 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Gündəm | 17:13 • 19 İyul 2024
İndiyədək 4 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 806 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın iyulun 19-da keçirilən iclasında deyib.

MSK sədri qeyd edib ki, onlardan 451 nəfəri imza vərəqələrini alıb, 31 nəfər imza vərəqələrini geri qaytarıb.

“Dörd nəfər namizəd isə artıq qeydə alınıb”, - deyə M.Pənahov əlavə edib.

Xəbər lenti

Çox oxunanlar