Bakıda yaradılan yeni Beynəlxalq Azadlıq Cəbhəsinin saytı istifadəyə verilib.
Xezerxeber.az xəbər verir ki, sayt Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultay çərçivəsində keçirilən mətbuat konfransında təqdim edilib.