Oğuz Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sənədə əsasən bu vəzifəyə Cavid Teyrun oğlu Əbdul-Qədirov təyin olunub.
Qeyd edək ki, bundan əvvəl Cavid Teyrun oğlu Əbdul-Qədirov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.