Ermənistan qısa müddət ərzində Azərbaycanla sərhədin demarkasiyası prosesini davam etdirməyə və sülh müqaviləsi imzalamağa hazırdır.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan X BRICS Parlament Forumundakı çıxışı zamanı deyib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin 12 kilometrlik hissəsi artıq demarkasiya olunub və sərhədin müvafiq hissələrində hər iki tərəfin sərhəd xidmətləri yerləşdirilib.
“Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir ambisiyası yoxdur və sərhədlərin demarkasiyası prosesinin davam etdirilməsi, qısa müddətdə sülh müqaviləsinin bağlanması və imzalanması istiqamətində konstruktiv və intensiv iş görməyə hazırdır”, - deyə Rubinyan vurğulayıb.
O, Ermənistanın həm də regional infrastrukturların blokunu açmaqla beynəlxalq tranzit marşrutlarının bir hissəsinə çevrilməkdə maraqlı olduğunu vurğulayıb.