Xəzər Xəbər

Azərbaycanla Ermənistan sülh sazişinin yekunlaşdırılması işini davam etdirməyə RAZILAŞDI/YENİLƏNİB

Gündəm | 21:55 • 10 İyul 2024
Azərbaycanla Ermənistan sülh sazişinin yekunlaşdırılması işini davam etdirməyə

ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

18:51

Blinkenlə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş başlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, onun ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilir.

 

Xəbər lenti