Seçki prosesi dinamik və inkişaf edən bir prosesdir. Seçki demokratik cəmiyyətin mühüm amillərindən biridir. Müasir Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilmiş Konstitusiyada öz əksini tapıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə bildirib.
O qeyd edib ki, seçki prosesinin doğru, şəffaf və açıq-aydın keçirilməsi əsas amillərdən biridir. "Seçki prosesində məhkəmələrin iştirakını siyasi çərçivədə qiymətləndirmək olmaz. Məhkəmələrin prosesdə iştirakı ona hesablanıb ki, cəmiyyət və dövlət insanların seçki hüququnun təmin edilməsində maraqlıdır. Qanuna riayət etmək seçkilərin uğurlu keçirilməsi üçün ən vacib məqamlardan biridir" - deyə F.Abdullayev qeyd edib.