Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 156 nəfər deputatlığa namizədliyini irəli sürüb.
Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov qeyd edib.
O vurğulayıb ki, adıçəkilən 156-dan bir nəfər öz ərizəsi ilə imtina edərək seçki prosesindən çıxıb. Deputatlığa namzidliyini irəli sürən 155 nəfərdən 71-nin namizədliyi təsdiqlənib, onlardan 43 nəfərə imza vərəqi verilib.