Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Adil Abış oğlu Əliyev iyulun 9-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Xezerxeber.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
A.Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.