Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb.
Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 2-də keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, ümumilikdə 24 dairədə 50-yə yaxın seçki məntəqəsində müvafiq tədbirlərin görülməsinə ehtiyac var. Bu, ölkə üzrə baş tutan monitorinqlər nəticəsində bəlli olub.
MSK sədrinin müavininin sözlərinə görə, həyata keçiriləcək bütün tədbirlər seçicilərin rahatlığı üçün nəzərdə tutulub.