Xəzər Xəbər

ANAMA tərəfindən Ukrayna mütəxəssislərinə təlimlər keçiriləcək FOTO

Gündəm | 16:58 • 1 İyul 2024
ANAMA tərəfindən Ukrayna mütəxəssislərinə təlimlər keçiriləcək

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Husyev ilə görüş keçirib.

Xezerxeber.az ANAMA-ya istinadən xəbər verir ki, görüşün məqsədi hər iki ölkə üçün prioritet sahələrdən biri olan mina təhlükəsi ilə mübarizə istiqamətində ikitərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarət olub. 

Azərbaycanın humanitar minatəmizləmə sahəsində yardım məqsədilə Ukraynaya təqdim etdiyi “Revival P” mexaniki minatəmizləmə maşınına görə təşəkkürünü bildirən səfir, mexaniki vasitənin ərazilərin piyada əleyhinə minalardan təmizlənməsində səmərəli və effektiv nəticə göstərdiyini qeyd edib.

Görüş zamanı tərəflər humanitar minatəmizləmə sahəsində Agentlik tərəfindən Ukrayna mütəxəssislərinə müvafiq təlimlərin keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıb.

Xəbər lenti