Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun 2 əməkdaşı təqaüdə göndərilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Baş Prokurorluqda görüş zamanı Rəfael Süleymanov və Məmməd Əliyevin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib.
Rəfael Süleymanov və Məmməd Əliyev göstərilən diqqətə görə minnətdarlığını bildiriblər.