Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialar proses çərçivəsində əsas maneədir.
Xezerxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbulu zamanı deyib.
Nazir həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.