"Euronews" telekanalının saytında Bakı və Əbu-Dabi tərəfindən Azərbaycanda birgə həyata keçirilən ümumi gücü 1 QVt olan üç irimiqyaslı günəş və külək layihəsi haqqında məqalə dərc olunub.
Xezerxeber szıb -in məlumatına görə, məqalədə qeyd olunub ki, Azərbaycan və BƏƏ Azərbaycanda gücü 1 QV olan üç böyük günəş və külək elektrik stansiyasının tikintisi ilə bağlı birgə qərar qəbul edib və bu elektrik stansiyalarının təməlqoyma mərasimi iyunun 4-də, Bakı Enerji Həftəsi çərçivəsində keçirilib.
Layihələrə Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt iki günəş elektrik stansiyası, Abşeron-Qaradağda isə 240 MVt gücündə külək elektrik stansiyası daxildir. Elektrik stansiyalarının ildə orta hesabla 2 mlrd. 3 025 mln. kVt-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu da öz növbəsində ildə 496 milyon kubmetr təbii qaza qənaət etməyə və 943 min tondan çox karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək.
Materialda Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, "Masdar" şirkətinin sədri, COP28-in prezidenti Sultan Əhməd Əl Caberin açıqlamalarına da yer ayrılıb: "Biz Azərbaycanla bərpa olunan enerji potensialını əhəmiyyətli dərəcədə genişləndirilməsində tərəfdaş olmaqdan qürur duyuruq. Azərbaycanın enerjinin diversifikasiyasına, yeni sənaye sahələrinin stimullaşdırılmasına, yeni iş yerlərinin açılmsına və dayanıqlı iqtisadi artımına gedən yolunu dəstəkləyirik".