Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası Azərbaycan, Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplayır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.
“Əgər 2022-ci ildə İrəvan KTMT-nin Azərbaycanla sərhəddə vəziyyətin sabitləşdirilməsi üzrə kompleks tədbirlərlə bağlı təklifini qəbul etsəydi, hazırda Ermənistanın üzləşdiyi risklərin çoxunun qarşısını almaq olardı. Təəssüf ki, rəsmi İrəvan Avropa İttifaqının “monitorinq” adı altında sərhədlərin qorunması ilə deyil, Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan missiyasını dəvət etməyi üstün tutdu”, - nazir müavini qeyd edib.