Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir.
Xezerxeber.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlament komissiyalarının birgə iclasında deyib.
O qeyd edib ki, Azərbaycanın da, Ermənistanın da Konstitusiya ilə bağlı narahatlıqları var.
"Bu, uzunmüddətli sülhə maneədir. Lakin Ermənistanın Konstitusiyanı dəyişməsi Azərbaycanın tələbi ilə baş vermir, bu, Ermənistanın daxili işidir”, - Mirzoyan bildirib.
Mirzoyan onu da əlavə edib ki, Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərdə qarşılıqlı anlaşma mövcuddur və hazırda bu razılaşmaları icra etmək zamanıdır.