Sərhəd bölgələrində vətəndaşların məşğulluğu ilə bağlı addımlar atılmalıdır. Çünki iş yerləri kifayət qədər olsa da, peşə hazırlığının olmaması səbəbindən işsizlik yaranır.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin Əmək və sosial siyasət komitəsinin iyunun 3-də keçirilən iclasında “Məşğulluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
O bildirib ki, müşahidələrə əsasən sərhəd bölgələrində cavan şəxslər demək olar yoxdur:
“İş var, amma peşə hazırlığı ilə bağlı addımlar atılmır. Hətta maraqlandım bir çox qurumların boş vakant yerləri var, amma kənddə olan insanların, orada çalışmaq istəyənlərin peşə hazırlığı yoxdur.
Ucqar kəndlərdə əlçatanlıq məsələsində müəyyən problemlər var. Yaxud da adi texnik işinə qəbul mərkəzləşdirilmiş qaydadır, tələb olunan sənədlərin elektron formada göndərilməsi istənilir. Nəzərə almaq lazımdır ki, ucqar kənddə yaşayan və bu işdə işləmək istəyənlər ali təhsilli deyil”.