İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində İtaliya şirkətlərinin səmərəli fəaliyyəti təqdirəlayiqdir.
Xezerxeber.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarellaya ünvanladığı təbrik məktubunda yer alıb.
"Bütün bunlar tərəfdaşlığımızın yüksək səviyyəsindən, mövcud əməkdaşlığımızı daha da şaxələndirmək əzmimizdən xəbər verir. Biz bu əməkdaşlığı daim diqqət mərkəzində saxlayır və dəstəkləyirik", - dövlət başçısı qeyd edib.