“Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olması Ermənistan və Azərbaycan arasında hərtərəfli və daimi sülh müqaviləsinin bağlanmasını tələb edir. Biz bu istiqamətdə səmimi səyləri dəstəkləyir və tezliklə müsbət nəticə əldə etmək istəyirik”.
Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu milli müdafiə naziri Yaşar Gülər bildirib.
“Prezidentimizin vurğuladığı kimi, biz sülhə nail olmaq üçün bu tarixi fürsətdən istifadə etməliyik. Ermənistanın baş naziri Paşinyanın açıqlamalarını müsbət qarşılayıram. Düşünürəm ki, o, həm ölkəsi, həm də cəmiyyəti üçün düzgün iş görüb və realist yanaşması var”, - Yaşar Gülər vurğulayıb.
Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da mövzu ilə bağlı açıqlama verib. O bəyan edib ki, sülhün bərqərar olması üçün tarixi şansdan yararlanmaq lazımdır. Ermənistan bunun üçün xarici təsirlərdən və erməni diasporundan qurtulmalıdır.