Xəzər Xəbər

İtaliya XİN: "Azərbaycana minatəmizləmə fəaliyyətində dəstək göstərməyə çalışacağıq"

Gündəm | 15:05 • 31 May 2024
İtaliya XİN: "Azərbaycana minatəmizləmə fəaliyyətində dəstək göstərməyə çalışacağıq"

Mayın 30-da Azərbaycanın azad edilmiş ərazilərində şahid olduğumuz səhnə çox təsiredici idi. Belə ki, Azərbaycan minlərlə insanın 30 il sonra öz yurduna geri dönməsi üçün mina təmizləmə işləri görür. Təəssüf ki, bu işdə xaricdən kömək çox azdır.

Xezerxeber.az xəbər verir ki, bunu İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin humanitar mina əməliyyatı üzrə milli direktor müavini Tarek Çazli III Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən "Təhlükəsiz və yaşıl gələcək üçün resurs səfərbərliyi və mina fəaliyyəti vasitəsilə inklüziv transformasiya" mövzusunda panel müzakirədə deyib.

"Azərbaycana bu işdə dəstək göstərməyə çalışacağıq. Çünki ərazilərin minalardan təmizlənməsi məcburi köçkünlərin öz evlərinə qayıtması deməkdir. Biz, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, həmçinin ANAMA ilə də əməkdaşlıq edirik", - deyə T.Çazli bildirib.

Xəbər lenti

Çox oxunanlar