Xəzər Xəbər

“Biz Ermənistanla sülh anlaşmasına yaxınıq"

Gündəm | 11:19 • 31 May 2024
“Biz Ermənistanla sülh anlaşmasına yaxınıq"

“Biz Ermənistanla sülh anlaşmasına yaxınıq. Ən əsas odur ki, Azərbaycanın suverenliyi tam bərpa olunub. Ermənistanla delimitasiya işlərində irəliləyişlər var. Lakin məcburi köçkünlərin öz yurdlarına qaytarılması, yenidənqurma işləri mina səbəbindən ləngiyir. Azərbaycan minalarla çirklənməyə görə dünyada ilk beşlikdədir. 2020-ci ildə 44 günlük müharibə bitdikdən sonra Azərbaycanın 361 vətəndaşı mina qurbanı olub. Təəssüf ki, bu rəqəm hər həftə artır. Düzgün xəritələrin verilməməsi problemi daha da dərinləşdirir”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq humanitar minatəmizləmə konfransında çıxışı zamanı deyib.

“Mina fəaliyyəti insanlar üçün təhlükəsiz şəraitin yaradılmasına hədəflənib. Həmin fəaliyyət yenidənqurma işlərinin, sosial siyasətin əsasını təşkil edir. Bu proses illər alacaq. Lakin Azərbaycanın bu istiqamətdə işləyən qurumu - ANAMA məhsuldar fəaliyyət göstərir. Xanımlardan ibarət minatəmizləyənlər də var. Lakin bu istiqamətdə ölkəmizə beynəlxalq dəstək azdir. İnanırıq ki, beynəlxalq ictimaiyyət bu yükün bölüşdürülməsinə kömək edəcək”, - deyə E.Əmirbəyov deyib.

Xəbər lenti