Xəzər Xəbər

Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

Gündəm | 09:54 • 31 May 2024
Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

Moskvada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.

Xezerxeber.az Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini və Azərbaycanın Moskvadakı səfiri ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Söhbət zamanı 22 fevral 2022-ci il tarixli Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının reallaşdırılması kontekstində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edilib.

“Müzakirələr Rusiya-Azərbaycan dialoquna xas olan dostluq və konstruktiv mühitdə keçib”, - deyə məlumatda deyilir.

Xəbər lenti

Çox oxunanlar