Xəzər Xəbər

Antoni Blinken və Hakan Fidan Qafqazda sülh imkanlarını müzakirə ediblər

Gündəm | 09:42 • 31 May 2024
Antoni Blinken və Hakan Fidan Qafqazda sülh imkanlarını müzakirə ediblər

ABŞ Dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan Qafqaz regionunda sülh və sabitliyi dəstəkləmək imkanlarını müzakirə ediblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, müzakirələr Çexiyanın paytaxtı Praqada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində baş tutub. Görüşdə həmçinin Qəzzaya humanitar yardımının artırılmasının və regional qeyri-stabilliyin qarşısının alınmasının vacibliyi müzakirə edilib.

Xəbər lenti

Çox oxunanlar