Xəzər Xəbər

Rəsmi Bakı İsrail-Fələstin münaqişəsində iki dövlətli həll yolunu dəstəklədiyini DEYİB

Gündəm | 13:10 • 30 May 2024
Rəsmi Bakı İsrail-Fələstin münaqişəsində iki dövlətli həll yolunu dəstəklədiyini

Qəzzadakı vəziyyət bizim hamımız üçün böyük narahatlıq mənbəyidir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib. 

“Təbii ki, biz savaşın dərhal dayandırılmasına çağırış edirik. Biz inanırıq ki, Yaxın Şərqdə dayanıqlı və uzunmüddətli sülh yalnız iki dövlətli həll yoluna və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslana bilər. Biz bu məsələnin iki dövlət həllinə çağırırıq”, - XİN rəhbəri vurğulayıb.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan bu təşəbbüsləri dəstəkləyib.

Xəbər lenti

Çox oxunanlar