Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə S.Bayraktar "X" sosial media hesabında qeyd edib.
"Bir dəfə yüksələn bayraq bir daha enməz. Qardaş ölkəmiz Azərbaycanın Müstəqillik Günü mübarək, birliyimiz və həmrəyliyimiz əbədi olsun!", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir.