Xəzər Xəbər

Türkiyə Prezidenti Azərbaycanla bağlı Protokolu təsdiq edib

Gündəm | 12:02 • 25 May 2024
Türkiyə Prezidenti Azərbaycanla bağlı Protokolu təsdiq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında Preferensial Ticarət Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiq edib.

Xezerxeber.az xəbər verir ki, müvafiq qərar şənbə günü, mayın 25-də Türkiyə hökumətinin rəsmi orqanı olan “Resmi Gazete” nəşrində dərc olunub.

Preferensial Sazişə daxil edilən malların siyahısının genişləndirilməsini nəzərdə tutan sənəd 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanıb və bu il fevralın 29-da Türkiyə parlamenti tərəfindən ratifikasiya edilib.

Xəbər lenti

Çox oxunanlar