Xəzər Xəbər

Çexiya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Gündəm | 11:11 • 25 May 2024
Çexiya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Çex Respublikasının Prezidenti Petr Pavel Prezident İlham Əliyevi təbrik edib.

Xezerxeber.az xəbər verir ki, təbrikdə deyilir: 

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırıram.

Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".

Xəbər lenti