Xəzər Xəbər

İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

Gündəm | 11:05 • 25 May 2024
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

İspaniyanın Kralı VI Felipe Prezident İlham Əliyevi 28 May Müstəqillik günü münasibətilə təbrik edib.

Xezerxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Sizə möhkəm cansağlığı, sevimli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm”.

Xəbər lenti