Xəzər Xəbər

Deputat: Erməni xalqı saxtakar keşişə və onun arxasında dayananlara öz yerini göstərməlidir

Gündəm | 11:48 • 24 May 2024
Deputat: Erməni xalqı saxtakar keşişə və onun arxasında dayananlara öz yerini göstərməlidir

Tarix boyu azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan biri də erməni kilsəsi olub. Kilsə bu gün də eyni siyasəti davam etdirir.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin mayın 24-də keçirilən iclasında deyib.

Ermənistanda hazırkı ictimai-siyasi gərginliyin səbəbkarının Baqdan Qalstanyan olduğunu diqqətə çatdıran C.Məmmədov bildirib ki, əslində səmavi dinlərin tarix boyu bəşəriyyətə göndərilməsinin əsas səbəbi xalqlar arasında sülhü və barışı təmin etmək olub.

Deputatın sözlərinə görə, heç bir din insanlığı müharibəyə və düşmənçiliyə çağırmayıb. Bu addımlarla erməni kilsəsi öz dininə və onun ehkamlarına da xəyanət edir.

“Erməni xalqı bu saxtakar keşişə və onun arxasında qorxaqcasına gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir”, - deyə Ceyhun Məmmədov vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar