Azərbaycanla sülh razılaşmasının imzalanması istiqamətində işlər davam etdirilir.
Xezerxeber.az-ın xəbərinə görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “24news” portalına müsahibəsində deyib.
Onun sözlərinə görə, tərəflər arasında müəyyən fikir ayrılıqlarına baxmayaraq, rəsmi səviyyədə davam edəcək müzakirələr nəticəsində hökumət Azərbaycanla sülh müqaviləsinin yekun variantı ilə bağlı razılıq əldə olunacağına inanır.
Kostanyan əlavə edib ki, Azərbaycan tərəfi ilə növbəti görüşün vaxtı hələ dəqiqləşməyib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında sonuncu dəfə danışıqlar mayın 10-11-də Almatıda baş tutub.