Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasından sonra Rusiyanın sərhəd zastavaları Tavuş rayonundan çıxarılacaq.
Xezerxeber.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə jurnalistlərə açıqlamasında deyib.
Baş nazirin sözlərinə görə, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və artıq vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu dəyişiklik bütün istiqamətlərdə öz təsirini göstərməlidir: “Hazırda baş verənlər vəziyyətin ciddi şəkildə dəyişməsidir. Bu o deməkdir ki, artıq bizim təmas xəttimiz yox, sərhədimiz var və sərhəd sülhün əlamətidir. Azərbaycan və Ermənistan sərhədçiləri bir-biri ilə əməkdaşlıq şəraitində sərhədi müstəqil şəkildə qoruyacaqlar”.