“Builki Ramazan bayramı xüsusi əhəmiyyətə malikdir. Çünki Xankəndidəki şər yuvası, separatizm ocağı artıq məhv edilib. Bu il ilk dəfədir ki, biz bayram namazını bütöv Azərbaycanda qılırıq. Biz buna görə şəhidlərimizə minnətdarıq. Allah bizə daim zəfər nəsib etsin".
Xezerxeber.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Sədr bildirib ki, azad olunan ərazilərdə məscidlər tikilir və bərpa olunur:
"İnsanlarımız öz doğma ata yurdlarına qayıdır. Allahdan arzu etdim ki, bizə bir də müharibə göstərməsin. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Artıq bayram bütün azad olunmuş torpaqlarda keçirilir. Şuşada, Ağdamda azan səsi gəldi, namaz qılındı. Bu bizim üçün şərəfdir".