"Hələlik delimitasiyanın haradan başlanması ilə bağlı konsensus yoxdur".
Xezerxeber.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan delimitasiyanın Tavuş vilayətindən başlanması haqqında jurnalistlərin sualına cavabında deyib.
“Təhlükəsizlik, sosial-məişət, hüquqi prinsiplər üzrə yekun qərarlar qəbul olunmayana kimi delimitasiyanın başlanması ilə bağlı danışıqlar aparıla bilməz”, - deyə Mqer Qriqoryan jurnalistlərə bildirib.