Aprelin 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Xezerxeber.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, habelə digər yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.