Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.
Xezerxeber.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, BQXK-nın o ərazilərdə olan fəaliyyəti Bərdə ofisindən həyata keçiriləcək və ehtiyacı olan insanlara dəstək yönlü işlərimiz davam etdiriləcək.
Qeyd edək ki, BQXK-nın Xankəndidəki ofisinin fəaliyyəti dayandırılıb.