Xəzər Xəbər

Juninyo "Qarabağ"ın ən bahalı oyunçusu ola bilər 8 milyon avro

Gündəm | 16:08 • 22 Mart 2024
Juninyo "Qarabağ"ın ən bahalı oyunçusu ola bilər

"Beşiktaş"ın idman direktoru Samet Aybaba "Qarabağ" rəhbərliyi ilə Olavio Juninyonun transferi üçün görüşüb.

Bildirilib ki, artıq Azərbaycan çempionunun braziliyalı forvard üçün istədiyi məbləğ dəqiqləşib. İstanbul təmsilçisi transferi reallaşdırmaq üçün 8 milyon avro ödəməlidir. Türkiyə mətbuatı bu məbləğin "Beşiktaş" üçün çox olduğunu və danışıqların davam etdirildiyini də vurğulayıb.

Qeyd edək ki, bu mövsüm Juninyo "Qarabağ"ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 asistlə yadda qalıb. //İdman.biz

Xəbər lenti

Çox oxunanlar