“Xalqı qorxutmaqla Ermənistanı qane edəcək nəticə əldə etmək çətin ki, yaxşı üsul olsun”.
Xezerxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Zaxarova əlavə edib ki, Ermənistan belə qlobal qərarlar verəndən, addımlar atandan sonra bunda ya üçüncü ölkələri, həm KTMT-ni, həm Rusiyanı günahlandırırlar.
“İstərdik ki, qərbli tərəfdaşlarının təsiri altında atılan bütün addımlara görə İrəvanda bunu (bəyanatları-red) səsləndirənlər məsuliyyət daşısınlar. Rusiyanın buna heç bir aidiyyəti yoxdur. Biz dəfələrlə bu barədə Ermənistanın diqqətinə çatdırmışıq. İndi də qabaqlamaq üçün edirik. Bunu ona görə edirik ki, sonra bizə deməsinlər ki, KTMT-yə və ya Moskvaya görə bunlar baş verdi”, deyə Rusiya XİN sözçüsü yekunlaşdırıb.