Xəzər Xəbər

Xankəndidə qanunsuz silah və sursatlar aşkarlandı

Gündəm | 11:17 • 18 Mart 2024
Xankəndidə qanunsuz silah və sursatlar

Martın 16-17-də polis əməkdaşları Xankəndi şəhəri ərazisində əməliyyat keçiriblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İki gün ərzində 7 müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tüfəng, 8 qumbara, 6 alışdırıcı, 30 patron darağı, müxtəlif çaplı 1555 patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər lenti

Çox oxunanlar